Te

QRUP MENECERİ (NEVROLOJİ –TRAVMATOLOJİ QRUP) - "Tempus" MMC / "Tempus" MMC

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

- Tabeçiliyində olan tibbi nümayəndələrin fəaliyyətinə rəhbərlik etmək, onlara dəstək olmaq və iş prosesini koordinasiya etmək
-İş planlarını formalaşdırmaq, yaranan çətinlikləri vaxtında aşkarlayıb həll etmək
- Tibb müəssisələrinə mütəmadi ziyarətlər etmək, məhsullar haqqında ətraflı məlumat təqdim etmək və tibbi nümayəndələrlə ikili ziyarətlərin keçirilməsi
- Planlaşdırılmış satış və marketinq göstəricilərinə nail olmaq, şirkət məhsullarının tanınma dərəcəsini artırmaq
- Verilmiş marketinq strategiyasını tətbiq etmək və nəticələrin izlənməsini təmin etmək
- Şirkətin keçirdiyi və ya iştirak etdiyi tədbirlərin təşkilində aktiv iştirak etmək
- Həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Namizədə tələblər

- Ali və ya orta ixtisas təhsili (tibbi təhsil üstünlükdür)
- Nevro-travma üzrə portfeli olan namizədlərə üstünlük veriləcək
- Əczaçılıq sahəsində iş təcrübəsi mütləqdir;
- Komanda idarəetmə, liderlik və qərarvermə bacarıqları
- Yüksək ünsiyyət və təqdimat bacarığı, səlis nitq qabiliyyəti
- Nizam-intizamlı, məsuliyyətli olmaq və hərəkətli iş rejimində işləməyi bacarmaq
- MS Office proqramları ilə işləmə bacarığı.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş