TEXNİKİ DƏSTƏK ÜZRƏ MÜTƏXƏSSİS (İT HELP DESK) - Techmart MMC / Techmart MMC
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.- Müştəri obyektlərində İT infrastrukturunun fasiləsiz işləməsini təmin etmək
- İnternet və daxili şəbəkədə yaranan nasazlıqları diaqnostika edib aradan qaldırmaq
- Şəbəkə avadanlıqlarının (modem, router, switch, access point və s.) quraşdırılması, sazlanması və problemlərin həlli
- Videomüşahidə sistemlərinin qurulması və proqram təminatı ilə bağlı problemlərin həllini təmin etmək
- Təhlükəsizlik sistemlərinin proqram təminatı və quruluş işlərində iştirak etmək
- İT avadanlıqlarının fasiləsiz və işlək vəziyyətdə saxlanmasında iştirak etmək
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vəzifə öhdəliklərinə uyğun şəkildə icra etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində "İT Help desk" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri və ya qeyd olunan əlaqə nömrəsi ilə bizimlə əlaqə saxlamaları xahiş olunur.
- Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üzrə arzuolunandır)
- Texniki dəstək üzrə minimum 1 il iş təcrübəsi
- Videomüşahidə və təhlükəsizlik sistemlərinin konfiqurasiyası üzrə biliklər
- Şəbəkə texnologiyaları üzrə biliklər (TCP/IP, LAN/WAN , DHCP, DNS, RDP)
- IP Telefoniya ilə işləmə üzrə praktiki təcrübə
- Problemləri operativ və effektiv həll etmək bacarığı
- Analitik düşüncə, təşəbbüskarlıq və ünsiyyət bacarığı.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!