S

MÜQAVİLƏLƏR ÜZRƏ KİÇİK HÜQUQŞÜNAS - Sinteks MMC / Sinteks MMC

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

Sinteks Şirkətlər Qrupu “Müqavilələr üzrə Kiçik Hüquqşünas (Biznesin İnkişafı Departamenti)” axtarır!
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət, üstün və orta qiymət seqmentinə aid ən yüksək keyfiyyət və prestijə sahib dünya brendləri və geniş istehlakçı kütləsinə xitab edən markaları təmsil edir.

Vəzifənin rolu:
Bu vəzifənin rolu Biznesin İnkişafı Departamentinin yeni müqavilələrin bağlanması və cari müqavilələrin yenilənməsində köməklik etməkdir.

Vəzifə öhdəlikləri:
- Biznes İnkişafı Departamentin fəaliyyətinə aid müqavilələrin hazırlanması, yoxlanılması və imzalanmasında köməklik edir
- Kommersiya Müqavilələr üzrə yenilənmə, xitam, şərtlərin dəyişilməsi və diqər işlərin icra edilməsində köməklik edir
- Departament rəhbəri və tərəfdaşların sorğusuna əsasən hüquqi təhlil aparır və nəticəsini təqdim edir

Məsuliyyət sahəsi:
- Kommersiya müqavilələri

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Müqavilələr üzrə Kiçik Hüquqşünas (Biznesin İnkişafı Departamenti)” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Namizədə tələblər

Professional biliklər:
- Müqavilə, korporativ və kommersiya qanunvericiliyi
- İngilis dili yüksək səviyyədə
- MS Office proqramları

Təhsil:
- Hüquq üzrə ali təhsil

İş təcrübəsi:
- Müqavilə hüququ ilə əlaqəli sahələrdə 1 il tərcübəsi arzu olunandı

Professional Bacarıq və Kompetensiyalar:
- Biznes kommunikasiyası
- Təşkilati bacarıqlar
- Detal yönümlülük
- Vaxtın idarə edilməsi
- Nəticə yönümlülük
- Proaktiv düşünmə

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş