Videoqraf/Fotoqraf, - Holcim Azerbaijan OJSC / Aral Plaza, 4 th floor
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.Dəyərli videoqraf/fotoqraf,
Holcim Azərbaycan hazırda videoqraf/fotoqraf axtarışındadır. Zəhmət olmasa aşağıda qeyd etdiyimiz video məzmunlara əsasən qiymət təklifinizi bizimlə paylaşmağınızı xahiş edirik.
📽 1-ci video: Geobrick Teaser
· Ssenari əlavə faylda (attachment) təqdim olunub.
· Çəkiliş məkanları fərqli olacaq: zavod, ofis, Bakı şəhəri və tikinti zonası.
· Casting təklifləriniz olarsa, məmnuniyyətlə dəyərləndirəcəyik.
· Məqsəd: Yeni məhsul Geobrick-in təqdimatı.
📽 2-ci video: Geobrick – 2 usta arasında kərpiclərin müqayisəsi
· Məkan: Binastore Xırdalan
· Ssenari əlavə faylda (attachment) təqdim olunub.
· Tək məkan olacaq, amma iki ustanın tikinti işinin çəkilişi aparılacaq.
· Montaj qabiliyyətiniz önəmlidir, speedart effektinə ehtiyac olacaq.
3-cü video: Geobrick – İstehsalatdan görüntülər
· Çəkiliş yeri: Holcim zavodu
· İstehsalat prosesindən yüksək keyfiyyətli görüntülər.
· Yaxşı işıqlandırma və peşəkar montaj vacibdir.
· Ssenari ilə təmin ediləcəksiniz
4-cü video: Tector məhsullarının istehsalı və istifadəsi
· Hissə 1: Zavodda istehsal prosesi, laboratoriya testlərindən 1-2 nümunə, məhsulların maşınlara yüklənməsi və müştərilərə çatdırılması.
· Hissə 2: Məhsulların ustalar tərəfindən istifadəsi – qablaşdırmanın açılması, tətbiq prosesi və digər detallar (zavodda çəkiləcək).
· Yaxşı işıqlandırma və yüksək keyfiyyət vacibdir.
· Ssenari ilə təmin ediləcəksiniz
5-ci video: Geobrick – Laboratoriya testləri
· Çəkiliş yeri: Holcim zavodu
· Şaxtaya və davamlılığa testlərin çəkilişi.
· Yaxşı işıqlandırma və yüksək keyfiyyət vacibdir.
· Ssenari ilə təmin ediləcəksiniz
📌 Təklifinizdə zəhmət olmasa qeyd edin:
1. Qeyd edilən Ssenariyə əsasən çəkiliş və montaj xidmətinin ümumi qiyməti
2. Çəkiliş avadanlıqlarınızın tam siyahısı (kamera, obyektivlər, dron, işıq avadanlıqları və s.)
3. Casting və əlavə resurs təklifləri (əgər varsa)
4. Rayonlarda çəkiliş olarsa, səfər və uzaq məsafə üçün günlük qiymət (standart qiymət + yol)
5. Bu kontentlərdən əlavə çəkiliş sifarişi verilərsə, günlük çəkiliş qiyməti
6. Dron çəkilişi daxil olacaqsa, əlavə qiyməti
7. Qiymətə texniki avadanlıqlar və işıqlandırma daxil olsun
8. Videoların çəkildiyi gündən sonra təhvil müddəti qeyd olunsun
9. Videoların həm reels ölçülü (vertical) həm də ekran ölçülü təmin edib-edə bilməyinizlə bağlı məlumat
10. Qiymətə montaj və rəng korreksiyası daxil olsun
11. Portfolio mütləqdir.
12. Ödəniş yalnız rəsmi şəkildə
Əlavə suallarınız olarsa əlaqə saxlamaqdan çəkinməyin.
Best Regards,
Digital and Social Media Marketing Specialist -Tutu Nuriyeva
Ünvan: Aral Plaza, 4 th floor
Tel: : +994 10 265 05 88
E-poçt: [email protected]