Soyuducu anbar meneceri (Qusar) - AMOGROUP / AMOGROUP
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
İş barədə məlumat:
- Mal – material hazır məhsulların mədaxili və məxaricini düzgün izləməli
- Meyvə qəbulu prossesinin təşkili
- Soyuducu kameralarda yerləşdirilməsi
- Çeşidləmə prossesinin təşkili və çeşidləmə avadanlıqlarının nızamlanmasına nəzarət
- Malların qablaşdırılması və paletlənməsinin təşkili və yüklənməsi
- Tara materiallarına və hazır məhsul anbarın qalıqlarına nəzarət
- Tələb olunan günlük, həftəlik, aylıq hesabatların verilməsi
- Sənədləşmə işlərində tələbkar olmalı
- İşində səliqəli olmalı
- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək
- Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək
- Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı olmasına nəzarət etmək
- Anbarda olan malların təhlükəsizliyinə görə cavabdeh olmaq
- Stok sayına nəzarət etmək, bitmək üzrə olan mal-materiallar barədə, vaxtında təchizat şöbəsinə məlumat vermək
- Mədaxil-məxaric proseslərini düzgün icra etmək və sənədləşdirmək
- Müvafiq hesabatları hazırlamaq və vaxtında təqdim etmək
- İş gününün əvvəlində və sonunda stok təftişini etmək, məlumatları müdiriyyətə bildirmək
- Anbar nəzarətçiləri tərəfindən tərtib edilən fakturalarda göstərilən miqdarın dəqiq olaraq maşınlara yüklənilməsinə nəzarət etmək
- Sənədlərində heç bir çatışmamazlıq faktı olmayan yükü göndərilmə anbarına qəbul etmək və anbarda yüklərin qabaqcadan reyslər və istiqamət üzrə komplektləşdirilməsini təşkil etmək
- Yükün göndərilməsi barədə kompüter vasitəsilə 1C proqramında müvafiq əməliyyatları aparmaq
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ən azı 5 il iş stajı
- Yüksək səviyyədə MS Office proqramları, 1C, Mercury
- Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, çevik, cəld və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı
- İdarəetmə bacarığı
- İş qrafiki: Tam iş günü
- 6 günlük iş rejimi
- Nahar şirkət tərəfindən təmin olunur
- İş yeri Qusar, Ləgər Qışlaq
- Əmək haqqı razılaşma yolu ilə
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!