V

İDXAL MENECERİ - Viva Medical Group MMC / Viva Medical Group MMC

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

- Xarici ölkələrdən malların vaxtında alınması və çatdırılması (yazışmaların və danışıqların aparılması);
- Təchizatçılardan qiymət təkliflərinin alınması, müqayisəli təhlilin aparılması və optimal təklifin rəhbərliyə təqdim olunması.
- Təchizatçılarla texniki göstəricilər üzrə danışıqların aparılması;
- Yeni təchizatçıların müəyyənləşdirilməsi və onların qiymət və keyfiyyət uyğunluğunun təmin olunması;
- Yeni komponentlər və təchizatçılar üzrə araşdırmaların aparılması;
- Alınmış malların hərəkəti və sənədləşməsinin izlənilməsi və təşkili;
- Logistika və gömrük məsələlərinin koordinasiyası
- Məlumatların toplanması, qiymətlərin və müxtəlif variantların təqdim olunması, qiymət optimallaşdırılması üzrə həllərin təklifi;
- Etibarlı təchizatçılar bazasının formalaşdırılması;
- Bazar meyllərinin, rəqiblərin strategiyalarının və təchizatçıların izlənilməsi.

Namizədə tələblər

- Ali təhsil;
- Müvafiq sahədə 1 il iş təcrübəsi;
- İngilis və rus dillərini bilmək;
- Satınalma prosedurlarını bilmək;
- Məsuliyyətli, dəqiq, etibarlı;
- Xarici bazar haqqında məlumatlı olmaq.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş