Satış Meneceri (Maşını olan xanım axtarılır) - ScentPro / ScentPro
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
İş barədə məlumat
Azərbaycanda “scent marketing” sahəsində innovativ və beynəlxalq standartlara uyğun həllər təqdim edən Scentpro MMC , otellər, restoranlar, mağazalar, ofislər, tibb mərkəzləri və digər xidmət sahələrinə ətir diffuzorları və kartriclərinin təchizatı üzrə ixtisaslaşmış şirkətdir.
Hazırda komandamıza Satış Meneceri vakansiyası üzrə 25 yaşdan yuxarı, dinamik və məsuliyyətli xanım namizədlər axtarırıq.
Vəzifə və öhdəliklər
– Müştərilərlə əlaqələrin qurulması və məhsulların təqdimatı
– Potensial müştəri bazasının yaradılması və genişləndirilməsi
– Satış planlarının yerinə yetirilməsi və aylıq hədəflərə çatmaq
– Satış sonrası müştəri məmnuniyyətinin izlənməsi və təmin olunması
– Komanda ilə koordinasiyalı şəkildə işləmək və texniki komandaya geri bildiriş vermək
– Satış fəaliyyəti üzrə gündəlik və aylıq hesabatların hazırlanması
Namizədə tələblər
– 25 yaşdan yuxarı olmaq
– Şəxsi avtomobilin olması (vacibdir)
– Satış və ya müştəri yönümlü sahədə minimum 1 il iş təcrübəsi (arzuolunandır)
– Yüksək ünsiyyət və satış bacarıqları
– Məsuliyyətli, təşəbbüskar və nəticəyə fokuslanan olmaq
– Komandada işləmə və adaptasiya bacarığı
– Azərbaycan dilini səlis bilmək (rus dili arzuolunandır)
İş şəraiti
– Əmək haqqı: 700-800 AZN + bonus sistemi
– AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
– Yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır
– Korporativ mobil nömrə və danışıq limiti təmin olunur
– İş yeri: Bakı şəhəri, Xətai m., AGA Business Center
– İş qrafiki: 6 günlük iş həftəsi
Uyğun xanım namizədlərdən CV-lərini mövzu hissəsində “Satış Meneceri” qeyd etməklə aşağıdakı ünvana göndərmələri xahiş olunur :
📩 [email protected]
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!