Tikinti üzrə planlama meneceri - “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs / “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

Nəzərinizə çatdırmaq istəyirəm ki, Xidmətimizdə yeni #vakansiya mövcuddur.

VAKANSİYA: Planlama mühəndisi

📍 İş yeri: Kəlbəcər şəhəri
🏢 İşəgötürən: “Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ

________________________________________
📝 Vəzifə öhdəlikləri:
🔹 Sifarişçi tərəf kimi layihənin ümumi planlamasının koordinasiyası və podratçıların təqdim etdiyi cədvəllərin təhlili və qiymətləndirilməsi;
🔹    Podratçı təşkilatlar tərəfindən təqdim olunan iş qrafiklərinin (Gantt chart, CPM və s.) texniki əsaslara uyğunluğunu yoxlamaq və təsdiq üçün təqdim etmək;
🔹    Layihələrin gedişatının plan və fakt üzrə müqayisəli təhlilini aparmaq, gecikmələri və səbəblərini müəyyənləşdirmək;
🔹    Tikinti sahəsində vaxt, resurs və texniki proseslərin səmərəliliyinin təhlili və rəhbərliyə hesabatların təqdim olunması;
🔹    Podratçı və subpodratçıların müqavilə öhdəliklərinə uyğun olaraq işlərin vaxtında və düzgün icrasını monitorinq etmək;
🔹    Tikinti qrafiki üzrə aylıq və ya həftəlik icra vəziyyəti barədə rəhbərliyə hesabatların hazırlanması;
🔹    Potensial riskləri öncədən təyin edərək, proaktiv planlama tədbirləri görmək;
🔹    Əraziyə baxışlar və texniki müşahidələr aparmaq, sahədəki işlərin planlamaya uyğunluğunu qiymətləndirmək;
🔹    Layihə üzrə başlanğıc planlama sənədlərinin (Master Plan, Milestone Schedule və s.) hazırlanması və izlənməsi;
🔹    İcrada iştirak edən tərəflərlə planlama üzrə koordinasiyanın təşkili, məlumat axınının səmərəli idarə olunması;
________________________________________
✅ Namizədə tələblər:
🔹    İnşaat mühəndisliyi, sənaye mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil; 
🔹    Sifarişçi təşkilatda və ya layihə idarəedici (PMC) strukturlarda planlama və ya nəzarət üzrə minimum 3 il iş təcrübəsi;
🔹    Tikinti layihələrinin idarəedilməsi, normativ sənədlər və işin təşkili üzrə biliklər;
🔹    Podratçı tərəfindən təqdim olunan texniki və planlama sənədlərini oxuyub qiymətləndirmək bacarığı;
🔹    MS Project, Primavera P6 proqramlarında işləmə bacarığı (Yüksək səviyyə), Excel-də hesabat hazırlamaq;
🔹    Tikinti mərhələləri, resurs planlaması və iş qrafiklərinin strukturu haqqında dərin anlayış;
🔹    Yüksək analitik düşüncə, məsuliyyətlilik və texniki hesabatvermə bacarığı;
🔹    Komanda işi və sifarişçi olaraq müxtəlif maraqlı tərəflərlə effektiv ünsiyyət qurmaq bacarığı;
🔹    Azərbaycan dili mükəmməl, texniki ingilis dili arzuolunandır.
________________________________________
💼 Təklif olunur:
•    Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun təminatlar;
•    Müsahibə əsasında rəqabətli əmək haqqı;
•    Məskunlaşma və nəqliyyat təminatı (lazım olduqda);
•    Dövlət sifarişi əsasında həyata keçirilən mühüm və uzunmüddətli tikinti layihələrində iştirak imkanı;
•    Planlama və layihə idarəetməsi üzrə peşəkar inkişaf perspektivləri;
•    Texniki heyətlə və dövlət strukturları ilə bilavasitə işləmək imkanı.

📩 Müraciət üçün:
CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz
🕐 Müraciət üçün son tarix: 31.07.2025

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş