K

Korporativ satış təmsilçisi - Kartaş LTD / Bakı

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

Öhdəliklər:

  • Şuşa, Laçın, Xankəndi və Xocavənd bölgələrində məhsullarının tanıdılmasını və aktiv satışını həyata keçirilməsi;
  • Korporativ satış ilə bağlı əlaqələrin qurulması üçün araşdırılmaların aparılması və yeni əməkdaşlıqların qurulması;
  • Müştərilərə şirkət məhsulları və xidmətləti ilə tanış etdirilməsi;
  • Potensial müştərilər ilə görüşlərin keçirilməsi, qarşılıqlı razılaşma əldə edib, müqavilə əsasında onları əməkdaşlığa cəlb edilməsi, təklif paketlərinin hazırlanması və satışın həyata keçirilməsi;
  • Gündəlik, həftəlik aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;

  • Tələblər:
  • Ali təhsil (İnşaat mühəndisi və ya Kimya mühəndisi arzu ediləndir);
  • İnşaat və tikinti materiallarının korporativ satışı sahəsində minimum 2 illik iş təcrübəsi; 
  • B2B satış texnikaları üzrə nəzəri və praktiki biliklərə malik olmalı;
  • Azərbaycan dili yüksək səviyyədə bilmək, türk, rus və ingilis dilləri arzu olunandır;
  • İdarəetmə bacarığı və müvəffəqiyyətli şəxsi satış təcrübəsi;
  • Yüksək liderlik və danışıq qabiliyyətinin olması
  • Fərdi və komanda şəklində işləmək bacarığı;
  • MS Office proqramlarının biliyi (Word, Excel)
  • Sürücülük vəsiqəsi (B kateqoriya)

  • Vakansiya yalnız Qarabağ bölgəsində yaşayan şəxslər üçün nəzərdə tutulmuşdur.

İş şəraiti:

  • İş vaxtları: Bazar ertəsi – Şənbə

·        Sınaq müddətindən sonra özəl tibbi sığorta

  • Nahar xərci şirkət tərəfindən qarşılanır
  • Məhsul və xidmətlər haqqında təlimlər

 

 

Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Korporativ satış təmsilçisi (Qarabağ)”sözlərini qeyd edərək [email protected] e-mail ünvanına göndərsinlər.

 

Paylaş