Təcrübəçi - Aladdin Agency MMC / Aladdin Agency MMC
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Aladdin Agency təcrübə proqramı elan edir!
Komandada işləməyi bacaran, yaradıcı və öyrənməyə həvəsli namizədləri aşağıdakı pozisiyalar üzrə təcrübə proqramına dəvət edirik:
🔹 Qrafik Dizayner Təcrübəçisi
Tələblər və öhdəliklər:
Sosial media üçün kreativ postlar, bannerlər, infografiklər və digər vizualların hazırlanması.
Brendin vizual kimliyinə uyğun dizaynların yaradılması və inkişaf etdirilməsi.
Müştərilər üçün professional dizayn brifi hazırlamaq və onun tələblərinə uyğun konseptlər təklif etmək.
Adobe Photoshop, Illustrator, Canva və digər dizayn alətlərindən sərbəst istifadə.
Yeni ideyalara açıq olmaq və fərqli dizayn yanaşmalarını sınamaq.
🔹 Motion Dizayner Təcrübəçisi
Tələblər və öhdəliklər:
Reels, reklamlar, tanıtım videoları və digər sosial media formatında qısa animasiyaların hazırlanması.
Brendə uyğun vizual animasiya və effektlər yaratmaq.
Adobe After Effects, Premiere Pro və ya oxşar montaj proqramlarında sərbəst işləyə bilmək.
Video montaj texnikalarını inkişaf etdirmək və daim yeni trendləri araşdırmaq.
🔹 Mobiloqraf Təcrübəçisi
Tələblər və öhdəliklər:
Yüksək keyfiyyətli video çəkilişi və montajı.
Sosial mediaya uyğun qısa videolar (Stories, Reels, TikTok) hazırlamaq.
Əsas video montajı və qısa formatlı kontent yaratmaq bacarığı.
Vizual baxışı inkişaf etdirmək və çəkiliş texnikalarında kreativ yanaşmalar təklif etmək.
Qeyd:
Təcrübə proqramı 3 ay müddətinə nəzərdə tutulub və ödənişsizdir. Təcrübə bitdikdən sonra uğurlu iştirakçılara rəsmi sertifikat təqdim ediləcək. Real layihələr üzərində çalışaraq həm portfolionuzu zənginləşdirəcək, həm də professional komanda ilə birlikdə praktiki bacarıqlarınızı inkişaf etdirəcəksiniz.
Maraqlanan namizədlər CV və portfoliolarını [email protected] və ya [email protected] mail adreslərinə göndərə bilərlər.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!