Z

ŞƏXSİ SÜRÜCÜ - Zeytun Phamaceuticals MMC / Zeytun Phamaceuticals MMC

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

Vəzifə öhdəlikləri:
- Rəhbərin bildirdiyi marşrut üzrə hərəkət etmək;
- Təyinat yerinə rahat və təhlükəsiz şəkildə çatdırılmanı təmin etmək;
- Şirkət tərəfindən təhkim olunmuş avtonəqliyyat vasitəsini mütəmadi texniki baxışdan keçməsini təmin etmək, təmiz və səliqəli saxlanılmasına nəzarət etmək.

İş şəraiti:
- Nahar şirkət tərəfindən təmin edilir;
- Tibbi sığorta ilə təmin olunma;
- İş yeri: BEGOC Biznes Mərkəzi (Hilton otelinin yanı);
- Əmək haqqı 1200 azn .

Namizədə tələblər

- Yaş həddi: 25-40
- BC kateqoriyalı sürücülük vəsiqəsi;
- Şəhərdaxili əraziləri yaxşı tanımaq;
- Yüksək səviyyədə yol hərəkəti qaydaları biliyi;
- Xidməti zərurətlə əlaqədar şirkətin regiondaki filiallarına və digər regionlara ezamiyyətə getmək;
- Avtomobillərinin idarə edilməsində 5 ildən az olmayan iş stajı.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda Şəxsi sürücü başlığı altında CV- nizi [email protected] elektron ünvanına göndərin. Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş