E

XARİCDƏ TƏHSİL ÜZRƏ MÜTƏXƏSSİS - EGE GROUP / EGE GROUP

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

- Xaricdə təhsillə bağlı yenilikləri araşdırmaq və vaxtında tətbiq etmək.
- Xarici universitetlərlə əməkdaşlıq əlaqələrini davamlı şəkildə genişləndirmək.
- Xaricdə təhsil xidmətləri üzrə müştəri müraciətlərini qəbul etmək və konsultasiya xidmətləri göstərmək.
- Tələbələr və ya valideynlərlə müntəzəm əlaqə saxlayaraq görülən işlər barədə məlumatlandırmaq.
- Əməkhaqqı: maaş + bonus sistemi. İş qrafiki:
- Bazar ertəsi – Cümə: 10:00-dan – 19:00-dək (nahar fasiləsi 13:00-dan – 14:00-dək).
- Şənbə: 10:00-dan – 15:00-dək.
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanır.
- İş yeri: Caspian Business Center.

Namizədə tələblər

- Xanım namizədlər
- Ali təhsil.
- MS Office (Word və Excel) proqramlarında işləmək bacarığı.
- Rus dili biliyi minimum B2 səviyyəsində olmalıdır.
- Azərbaycan dilində səlis danışıq, geniş dünyagörüşü, məqsədyönlü və peşəkar yanaşma.
- Tələbələr və valideynlərə dəqiq və dolğun məlumat təqdim edə biləcək əla ünsiyyət bacarığı.
- Güclü araşdırma və satış qabiliyyəti.
- Sosial mediada aktiv işləmək bacarığı.
- Universitetlərə müraciətlərin başlanğıc və son tarixlərini izləyərək, müraciət proseslərini vaxtında və düzgün şəkildə tamamlanması.
- Universitetlərin müraciət portallarında dəqiq və səlis əməliyyatlar aparmaq.
- Qəbul almış tələbələrin universitet qeydiyyatını həyata keçirmək.
- Onlayn və ya oflayn konsultasiyalarda məlumatı effektiv şəkildə təqdim etmək və yüksək satış bacarığı nümayiş etdirmək.
- Televiziya və sosial şəbəkələrdə reklam çəkilişlərində iştirak etmək

Şəkilli CV-nizi "Xaricdə təhsil mütəxəssisi" başlığı ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur. Uyğun namizədlərlə əlaqə saxlanılacaq və müsahibə mərhələsinə dəvət ediləcəklər.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş