K

APARICI MÜHASİB - KITCHEN PLUS RESTAURANT(F/Ş Fərzəliyev Mirzə Cəfər oğlu) / KITCHEN PLUS RESTAURANT(F/Ş Fərzəliyev Mirzə Cəfər oğlu)

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

Vəzifə öhdəlikləri:
- Müəssisənin fəaliyəti ilə əlaqəli bütün fəaliyyətlərin mühasibat uçotunda düzgün əks ettirilməsini təmin etmək;
- Pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- Elektron Qaimə Faktruralarım mühasibatlıq sistemində düzgün əks ettirilməsinin təmini;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Ödəmə planlarının çıxarılması və icrası;
- Müştəri hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
- Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi;
- Statistika hesabatlarının hazırlanması və göndərilməsi;
- Maliyyə hesabatlarının hazırlanması;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.

İş şəraiti:
- İş yeri: Xətai rayonu, 8 Noyabr prospekti 23;
- 6 günlük iş qrafiki;
- Nahar şirkət tərəfindən qarşılanır;
- Maaş: 1000-1200 azn (Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı təyin ediləcəkdir).

Namizədə tələblər

Restoran və Keytrinq sahəsində fəaliyyət göstərən şirkətimizə “Aparıcı Mühasib” tələb olunur.

- Yaş həddi: 23-35
- İqtisadiyyat, maliyyə və müvafiq sahə üzrə ali təhsil;
- Mühasibatlıq prinsiplərini, müxabirləşmələrini və uçot əməliyyatlarını mükəmməl bilən;
- Mühasibatlıq sahəsində 2 ildən artıq iş təcrübəsi, iaşə xidməti sahəsində təcrübəsi olanlara üstünlük verilir.
- MS Office proqramlarını yaxşı səviyyədə bilən;
- İİKO proqram üzrə istifadə biliyini olması arzu olunandır;
- Disiplinli, komanda ilə işləmə bacarığı;
- Analitik düşünmə qabiliyəti;
- Planlama bacarığı.

Uyğun namizədlər CV'lərini e-poçt ünvanına vakansiyanın adını qeyd edərək göndərə bilər.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş