Pe

NƏZARƏT BURAXILIŞ MƏNTƏQƏSİNİN OPERATORU - "Performance Center Co" MMC (Chevrolet Azərbaycan) / "Performance Center Co" MMC (Chevrolet Azərbaycan)

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

- Servis mərkəzinə gələn müştəriləri qarşılamaq və onları müvafiq xidmət şöbəsinə yönəltmək;
- Müştərinin nəqliyyat vasitəsinin texniki pasportunda olan məlumatları yoxlamaq və qeyd olunan məlumatlara əsasən 1C proqramında giriş sənədi yaratmaq;
- Təmiri yekunlaşmış nəqliyyat vasitəsini yola salmazdan əvvəl giriş sənədində qeyd olunan məlumatların proqramda olan məlumatlarla (müştərinin imzası, servis kartlarının bağlanması, xidmətə görə ödənişin edilib-edilməməsi və s.) uyğunluğunun yoxlanılması.

İş şərtləri:
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı: 500-600 ₼

Namizədə tələblər

- Ali texniki təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Yaş: 21-25
- Avtomobilin quruluşu və istismarı üzrə bilgiyə malik olmalı;
- Kompüter və ofis texnikasından istifadə etmə bacarığı.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş