L
SMM və Atelye üzrə İdarəçi - LaveenCouture / LaveenCouture
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Vəzifə adı: SMM və Atelye üzrə İdarəçi
Şirkət: Laveen.Couture – Moda və Atelye Evi
Məkan Bakı, Azərbaycan
İş rejimi:5 gun, Tam ştat
Başlama tarixi: Dərhal
Vəzifənin məqsədi:
Moda evimizin sosial media hesablarını idarə etməklə yanaşı, gündəlik idarəetmə işlərində (paltarların qeydiyyatı, müştəri izləməsi, prakat verilməsi və s.) dəstək olmaq.
Əsas vəzifələr:
- Instagram və TikTok hesablarının gündəlik idarə olunması
- Moda evində olan paltarların şəkil və videolarının (mobil telefon və ya kamera ilə) çəkilməsi və paylaşılması
- Həftəlik və ya ehtiyac olduqda canlı yayımların təşkili və aparılması
- Kontent planlarının hazırlanması və yaradıcı ideyaların təklifi
- Müştərilərlə əlaqə saxlanılması, mesajlara və suallara cavab verilməsi
- Paltarların qeydiyyatının aparılması (model, ölçü, tarix və s.)
- Prakat və sifarişlə götürülən paltarların izlənməsi və müştəri məlumatlarının qeydə alınması
- Sadə ofis işlərinin görülməsi və gündəlik atelye fəaliyyətinə nəzarət
Tələblər:
- Sosial mediaya maraq və aktiv istifadəçi olmaq
- Foto və video çəkə bilmək (mobil telefonla kifayətdir)
- Kamera qarşısında sərbəst danışmaq və canlı yayım aparmaq bacarığı
- Nizamlı, məsuliyyətli və izləmə bacarığına malik olmaq
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti
- Təcrübə vacib deyil, amma modaya maraqlı və aktiv olanlara üstünlük verilir
Təklif olunur:
- Gənc və yaradıcı mühit
- Brendin inkişafında aktiv iştirak imkanı
- Maaş: Müsahibə zamanı təyin olunacaq
- Moda və sosial media sahəsində təcrübə qazanmaq fürsəti
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!