Sosial Media Marketinq (SMM) mütəxəssisi - Ram Solutions / Ram Solutions
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Vakansiya: Sosial Media Reklamları üzrə Mütəxəssis
Əsas hədəfimiz :Məhsula uyğun kontentlər hazırlamaqla, həm reklam, həm də orqanik satışların dahada artmasını təmin edən ,
trendləri daim izləyən və onları operativ şəkildə tətbiq etmə bacarığına sahib mütəxəssis axtarırıq !
Vəzifəyə dair gözləntilər:
• Sosial media reklam məzmunlarının hazırlanması və paylaşım proseslərinə nəzarət
• Instagram və TikTok platformalarında hədəf kütləyə uyğun effektiv reklam yerləşdirilməsi (Ads Manager, Meta Business, TikTok Ads)
• Reklam nəticələrinin daimi təhlili və optimizasiya üzrə qərarların verilməsi
• Mövzuya uyğun orijinal kontent (mətn, vizual, video) seçimi və ya hazırlanmasının təşkili
• Rəqəmsal yeniliklərin izlənilməsi və tətbiqi
• Gündəlik nəticələrin izlənməsi və hesabatların təqdim olunması
Namizəddən gözlədiklərimiz:
• Yalnız xanım namizədlər
• Reklam nəticələrini real statistikalarla sübut edə bilmək (intervyuda şərtdir)
• Böyük reklam büdcələrinin idarəsində praktik təcrübə
• Yaş aralığı: 24–30
• Minimum 3 il iş təcrübəsi
• Facebook, Instagram, TikTok platformalarında sərbəst və peşəkar səviyyədə işləmək bacarığı
• Meta Business Manager və Ads Manager alətlərində təcrübə
• Tədqiqat yönümlü düşüncə və yeniliklərə açıq yanaşma
Təklif etdiyimiz:
• Əmək haqqı: 1000 AZN + nəticələrə əsaslanan bonus
• Gəlirinizi öz performansınız müəyyən edəcək
Müraciət üçün:
📧 [email protected]
📞 WhatsApp: 055 458 16 26
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!