T

Satış Meneceri - Texnoera Academy / Texnoera Academy

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

Texnoera Academy komandamıza Satış Meneceri axtarırıq! Əgər satış sahəsində təcrübəniz varsa və təhsil texnologiyaları sahəsində çalışmaq istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik!

✅ Namizəddən gözləntilər:
    •    Satış sahəsində ən azı 1 il iş təcrübəsi
    •    IT sahəsi ilə bağlı baza səviyyəsində biliklər
    •    İT sahəsində fəaliyyət göstərən tədris mərkəzlərində çalışmış satış menecerlərinə və ya proqram rəhbərlərinə üstünlük veriləcək.
    •    Güclü ünsiyyət bacarığı və məntiqi düşünmə qabiliyyəti
    •    Yüksək məsuliyyət və nəticəyə fokuslanma

🎯 Vəzifə öhdəlikləri:
    •    Aylıq satış planının və hədəflərinin hazırlanması
    •    Alternativ satış kanallarının araşdırılması və tətbiqi
    •    Tələbələrin düzgün proqramlara yönləndirilməsi və konsultasiya
    •    Satış müqavilələrinin hazırlanması və sənədləşmə işlərinin icrası

🕘 İş qrafiki:
    •    Həftədə 6 gün: 11:00 – 19:00

Əgər bu vəzifə sizin üçün maraqlıdırsa və Texnoera Academy-də çalışmaq istəyirsinizsə, CV-nizi [email protected] mail ünvanına göndərin.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş