D

QAYNAQÇI - D.GROUP Production / D.GROUP Production

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

Vəzifə öhdəlikləri:
- 4-cü və ya 5-ci dərəcəli qaynaqçı dərəcəsinə sahib olub, qaynaq işlərinin icrasını təmin etmək
- Tapşırılmış qaynaq işlərini keyfiyyətli və sürətli həyata keçirmək, qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək;
- Çertyojları konstruktiv şəkildə tətbiq etməyi bacarmalı;
- Qaynaq avadanlıqlarını saz vəziyyətdə saxlamaq;
- Qaynaq cihazında müəyyən edilən nasazlıq haqqında rəhbər işçiyə məlumat vermək;
- Əmək intizamına, cəmiyyətdaxili və müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması;
- İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl olunması;
- İş prosesindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi;
- Rəhbərlik tərəfindən verilən göstərişlərin yerinə yetirilməsi

Namizədə tələblər

Tələblər:
- Mütləq şəkildə 4-cü və yaxud 5-ci dərəcəli qaynaqçı dərəcəsinin mövcudluğu
- Qaynaq keyfiyyətinin yüksəldilməsi və onun keyfiyyətində təsir göstərə biləcək amilləri bilməli,
- 5 ildən yuxarı iş təcrübəsi
- Dəqiq və məsuliyyətli
- Yaş həddi: 25-45 yaşadək
İş yeri: Xırdalan şəh., Promzona 1

Əmək haqqı: 1100 - 1200 AZN (Bilik və bacarıqlardan asılı olaraq dəyişir)
İş qrafiki: 6 günlük: həftəiçi 09:00 – 19:00;
şənbə 09:00 - 16:00
Qeyd: Namizədlər CV-lərini [email protected] email ünvanına mövzu yerində “Qaynaqçı” qeyd edərək göndərə bilərlər.
Əlaqə: +994 50 704 86 10
Azad bəy
Xahiş olunur, axşam 19:00 - dan sonra narahat etməyin.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş