I

Qrafik Dizayner - INCI QROUP of COUMPANYS / INCI QROUP of COUMPANYS

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş Elanı: Sosial Media üzrə Qrafik Dizayner

Axtardığımız Namizəd:
• Ali təhsil (Dizayn, Qrafika, Rəqəmsal marketinq və ya müvafiq sahə);
• Yaş: 20-35;
• Adobe Photoshop, Adobe Illustrator, After Effects və ya digər dizayn proqramlarını yüksək səviyyədə bilən;
• Sosial media platformaları üçün vizual məzmunların hazırlanmasında təcrübəyə malik;
• Kreativ düşüncə qabiliyyəti və vizual trendlərə uyğunlaşmaq bacarığı;
• Rəqəmsal kontentin hazırlanması, formatlara uyğunlaşdırılması və sosial media ölçüləri üzrə biliklərə malik olmalı.
*Bacarıqlardan asılı olaraq tələblərdə güzəştə gedilə bilər.

Sizinlə Nələr Etmək İstəyirik?
Yaradıcılıq: Sosial media kanallarımız üçün cəlbedici və innovativ vizual materiallar hazırlayın – postlar, story-lər, reklam bannerləri və s.
İşbirliyi: Marketinq və SMM komandası ilə birlikdə çalışaraq kampaniyalara uyğun vizuallar yaradın.
İnkişaf: Brendin vizual kimliyini sosial mediada daha da gücləndirin və yeni ideyalarla çıxış edin.

İş Şəraiti:
• Sənədləşmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun;
• 5 günlük iş qrafiki;
• Əmək haqqı: müsahibə əsasında təyin olunur;
• Nahar ilə təminat;
• İş yerinə nəqliyyat xidməti;
• İş yeri: Bakı şəhəri, Ulduz metrosu yaxınlığında.

Sizi Gözləyirik!
Əgər sosial mediada kreativ işlərə imza atmaq, trendləri müəyyən etmək və komandamızın ayrılmaz üzvü olmaq istəyirsinizsə, CV-nizi və mütləq Portfolio-nuzu [email protected] elektron poçtuna “Sosial Media üzrə Qrafik Dizayner” mövzusu ilə göndərin.

Gəlin, birlikdə yaradaq!
Sizin yaradıcılığınızı və yeni ideyalarınızı səbirsizliklə gözləyirik!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş