F

MÜHASİB - FAMGroupConsulting LLC / FAMGroupConsulting LLC

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

- İş yeri: Bakı şəhəri, Yasamal rayonu
- İş qrafiki: Altı günlük iş rejimi (bazar günü istirahət)

Əsas vəzifə öhdəlikləri:
- Satış və alış əməliyyatlarının hissəvi şəkildə 1C proqram təminatına daxil edilməsi
- Bank və kassa əməliyyatlarının 1C proqramına işlənməsi
- Satış müqavilələrinin sistemləşdirilməsi, qovluqlara yığılması və arxivləşdirilməsi
- Yeni materialların və kontragentlərin sistemə əlavə olunması (kartların açılması)
- Müəyyən dövrlərlə debitor və kreditor borclar üzrə hesabatların hazırlanması və təqdim edilməsi.

Biz sizə təklif edirik:
- Stabil və rəqabətli əmək haqqı
- Mehriban və dəstəkləyici iş mühiti
- Təcrübəli komandada peşəkar inkişaf imkanı
- Karyera yüksəlişi üçün real perspektivlər.

Namizədə tələblər

- Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat ixtisasları üzrə)
- Mövcud sahədə 1 ildən 3 ilə qədər iş təcrübəsi
- Yaş aralığı: 22–30 yaş
- Yüksək səviyyədə məsuliyyət və dəqiqlik
- Ünsiyyət bacarığı və komanda ilə işləmə qabiliyyəti
- MS Office proqramları ilə sərbəst işləmə bacarığı
- 1C 8.3 proqramında təcrübə mütləqdir

Müraciət qaydası:
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədsinizsə, CV-nizi “Mühasib” başlığı ilə [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş