Bağça müəllimi - İngla School Baku / İngla School Baku

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

Şirkət adı: İngla Preschool
Vəzifə: Bağça Müəllimi (Azərbaycan,Rus və İngilis bölməsi)
Yerləşmə: Bakı şəhəri. Yasamal rayonu. Grand Hayat yaşayış kompleksi

Əmək haqqı: Rus dili 400-600 

İngilis 500-700

Azərbaycan 400- 500  

İş saatı: Həftə içi 5 gün 09:00-18:00

İş haqqında məlumat:
İngla Preschool olaraq, təcrübəli və məsuliyyətli bağça müəllimi axtarırıq. Əgər siz 2 yaşdan etibarən uşaqlarla işləmək bacarığına sahib, gülərüzlü və işində peşəkar bir mütəxəssissinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.

Ən az 2 il baxçada işləmiş və 2-5 yaş qrupları ilə işləmə bacarığı olanların Cvlərinə baxılacaq.

Vəzifələr:

• 2 yaşdan etibarən uşaqlar ilə gündəlik fəaliyyətləri həyata keçirmək.

• Uşaqların inkişafını izləmək, onların sosial və emosional bacarıqlarını dəstəkləmək.

• Tədris planlarına uyğun olaraq təlimlər təşkil etmək və uşaqlarla əyləncəli dərslər keçirmək.

• Uşaqların fiziki və psixoloji rifahını təmin etmək.

Tələblər:

• Bağçada ən azı 3 il təcrübə.

• 2 yaşdan etibarən uşaqlarla işləmə təcrübəsi.

• Uşaqlar ilə işləməkdə böyük həvəs və sevgi.

• Gülərüzlü, məsuliyyətli və işinə dərin hörmət göstərən.

• Ali təhsilli (Məktəbəqədər təhsil üzrə diplom və ya müvafiq sertifikatlar tələb olunur).

• Yaxşı ünsiyyət bacarıqları və komanda işinə uyğunlaşma qabiliyyəti.

Əlaqə: 010 310 71 17
CV göndərmək üçün e-mail: [email protected]

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş