Reels Videoların Hazırlanması (ReelsMaker) - OnFuture MMC / OnFuture MMC
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
📢 Vakansiya: Reels Maker (Video Kontent Yaradıcı)
📍 İş yeri: Bakı
⏰ İş rejimi: Part-time / Freelancer
💼 Şirkət: OnFuture Academy
🎬 Səndən gözlədiklərimiz:
- Instagram üçün cəlbedici reels və short-form video hazırlamaq bacarığı
- Kreativ yanaşma və müasir trendləri izləmək
- Telefon və ya kamera ilə keyfiyyətli çəkiliş aparmaq bacarığı
- Adobe Premiere, CapCut, VN və ya bənzər proqramlardan istifadə etmək
- Məzmun və montaj hissini düzgün birləşdirə bilmək
✅ Üstünlüklər:
- Təhsil və inkişaf mövzularına maraq
- Sosial mediada portfolionun olması
- Komandada işləmə bacarığı
💰 Əməkhaqqı: Razılaşma ilə + Bonus imkanları
OnFuture MMC haqqında:
OnFuture MMC – Azərbaycanda fəaliyyət göstərən və beynəlxalq təhsil sahəsində ixtisaslaşmış qabaqcıl şirkətdir. 5 illik təcrübəyə malik olan OnFuture MMC, gənclərin və peşəkarların xaricdə keyfiyyətli təhsil alaraq uğurlu karyera qurmasına dəstək olmağı qarşısına məqsəd qoymuşdur.
Əsas fəaliyyət sahələrimiz:
- Xaricdə Təhsil Proqramları:
- Bakalavr, Magistr və PhD proqramlarına qəbul üçün tam məsləhət və sənəd hazırlığı xidməti.
- Foundation (hazırlıq) proqramları üzrə yerləşdirmə.
- Yay və qış məktəbləri üçün təşkilatçılıq.
- Dil kursları (İngilis, Çin, Alman, Polşa və s.) üzrə yönləndirmə.
- Ölkələr üzrə yerləşdirmə:
- Polşa, Latviya, Macarıstan, Rumıniya, Çin, BƏƏ, Almaniya və digər ölkələrdə tanınmış universitetlərlə əməkdaşlıq.
- Təhsil haqqı və viza prosesi baxımından əlverişli və münasib seçimlər təqdim edilir.
- Viza dəstəyi və məsləhət xidməti:
- Sənədlərin hazırlanması.
- Konsulluq müsahibəsinə hazırlıq.
- Viza ərizələrinin peşəkar şəkildə doldurulması.
- Kurslar və Akademik Təlimlər – OnFuture Academy:
- Data Analitika, IT Business Analysis, Digital Marketing kimi sahələrdə praktiki kurslar.
- Peşəkar müəllim heyəti və Avropa təcrübəsinə malik təlimçilər.
- Kurs bitirdikdən sonra Avropada iş imkanı yaradan karyera dəstəyi proqramları.
- Şagird və tələbələr üçün fərdi yanaşma:
- Hər bir namizədin maraq və məqsədinə uyğun təhsil ölkəsi və ixtisas seçimi.
- Ailələr üçün tam əhatəli informasiya dəstəyi.
OnFuture MMC-nin üstünlükləri:
- Avropa universitetləri ilə birbaşa rəsmi əməkdaşlıq.
- Uğurlu viza statistikasına malik peşəkar komanda.
- Şəffaflıq, məsuliyyət və tələbəyönümlü yanaşma.
- Tələbələr üçün gündəlik sosial media kontenti və maarifləndirici videolar vasitəsilə müntəzəm məlumatlandırma.
- Xaricdə olan tələbələr üçün gəbul, yerləşdirmə və inteqrasiya dəstəyi.
Missiyamız:
Azərbaycandan olan gənclərə və peşəkar şəxslərə beynəlxalq səviyyədə keyfiyyətli təhsil imkanları təqdim etmək, onların gələcək karyera və həyat uğurlarına töhfə vermək.
Vizyonumuz:
Qlobal səviyyədə tanınan və etibarlı təhsil brendi olmaq, regionun ən güclü təhsil və inkişaf platformasına çevrilmək.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!