A

QA MANUAL TƏCRÜBƏÇİSİ - Andersen LLC / Andersen LLC

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

Beynəlxalq İT autsorsinq bazarının liderlərindən biri olan Andersen şirkəti, IDDA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) tərəfdaşlıqı ilə Azərbaycanda (ofis: Bakı) gələcəkdə işlə təmin olunma imkanı daşıyan eksklüziv QA Manual təlim proqramı təklif edir!

Andersen şirkəti əməkdaşlarının sürətli və peşəkar inkişafı, bacarıqlarının artırılması ilə yaxından maraqlanır və hər zaman buna vaxt və vəsait ayrılmasına hazırdır. Bu səbəbdən rəqabət üstünlüyümüz əməkhaqqının və vəzifə dərəcəsinin sürətli artımıdır.

Proqram haqqında:
- 100 ən yüksək nəticə almış tələbə artırılmış təqaüd və maaşla mükafatlandırılacaq:
- 1-3 ay (təlim): 700 AZN gross;
- 4-9 ay (iş): 1400 AZN gross;
- 10-12 ay (iş): 2100 AZN gross.
- Proqram müddəti: 3 ay təlim və 9 ay beynəlxalq layihələrdə iş imkanı imkanı.
- Praktiki öyrənmə və real layihələrə xüsusi diqqət.

Şərtlər:
- Təcrübəli təlimçilərin rəhbərliyi altında təlim layihəsində praktika;
- Təcrübəçinin bilik səviyyəsinin yoxlanılması və rəy verilməsi;
- Ofisdə təlim formatı;
- Ofisdə və ya onlayn korporativ ingilis dili kursları;
- Şirkətin daxili təlim proqramına (öz təhsil platforması) çıxış;
- Şirkətin fəal korporativ həyatında iştirak.

Andersen təcrübəçisi aşağıdakılara arxalana bilər:
- Mentorların yüksək peşəkarlığı;
- Təlim zamanı diqqətli və qayğıkeş münasibət;
- Təlim prosesində və sonradan kommersiya layihəsinə qoşularkən dəstək və kömək;
- Təlimi uğurla başa vurduqdan sonra zəmanətli işlə təminat.

Namizədə tələblər

- İngilis dilində orta (Intermediate) və ya daha yüksək səviyyədə danışıq bacarığı;
- Test nəzəriyyəsi üzrə yaxşı biliklər;
- SQL-in başa düşülməsi;
- Veb və Mobil tətbiqlərin başa düşülməsi;
- İş təcrübəsi tələb olunmur;
- Üstünlükdür: texniki təhsil, proqramlaşdırma sahəsində hər hansı təcrübə, test sahəsində tamamlanmış kurslar;
- Üstünlükdür: Alman dilində yuxarı orta (Upper-Intermediate) və ya daha yüksək səviyyə.

Əgər bu unikal imkan sizi maraqlandırdısa, zəhmət olmasa formu doldurun və aşağıdakı link vasitəsilə müraciət edin https://people.andersenlab.com/trainee/form .

Andersen İT sahəsində başlamaq və inkişaf etmək üçün əla fürsətdir!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş