M
İşə qəbul üzrə aparıcı mütəxəssis (İR kadrlar) - Meritech MMC / Meritech MMC
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Vakansiya: İŞƏ QƏBUL ÜZRƏ APARICI MÜTƏXƏSSİS (İR KADRLAR)
İş şəraiti:
- Əmək haqqı: 600 - 1000 Azn ( müsahibə zamanı razılaşmaya əsasən təyin olunacaq )
- İş qrafiki: 5 gün / 10:00 - 19:00 / şənbə günü qısa iş rejimi / bazar günü istirahət.
- Korporativ nömrə: Şirkət tərəfindən təmin edilir
- İş ünvanı: Əhməd rəcəbli küçəsi 255
Vəzifə öhdəlikləri:
- İşə qəbul prosesinin təşkili və həyata keçirilməsi;
- İşçi tələbinə əsasən müvafiq elanların hazırlanması, iş saytlarında, sosial şəbəkələrdə yerləşdirilməsi;
- Namizədlərlə bağlı ilkin yoxlanış, müsahibə prosesinin təmin edilməsi üçün müsahibə dövrlərinin planlaşdırması və aparılması;
- Seçilmiş namizədlərə iş təkliflərinin təqdim edilməsi;
- Yeni namizədlərin cəlb edilməsi alətləri və metodları üzrə araşdırma;
- Kadr ehtiyat bazasının yaradılması və yenilənməsi.
Namizədə olan tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə)
- Cins: qadın / kişi
- Yaş həddi: 23 - 40
- İnsan Resurslarının işə qəbul modulu haqda nəzəri və praktiki biliyə sahib olması;
- Rus dili arzuolunandır;
- Analitika və ya işə qəbul üzrə 1-2 il iş təcrübəsi;
- Microsoft Office (Word/Excel/)
- Müsahibə aparmaq bacarığı;
- Namizədlərin cəlb edilməsi alətləri və metodları üzrə təcrübə;
- Güclü qərar qəbul etmə bacarığı.
Diqqət: Qeyd olunan əmək haqqı başlanğıc üçün nəzərdə tutulmuşdur. Namizədlərin bacarıqlarına və iş prinsipinə əsasən əmək haqqı daha yüksək məbləğə artacaqdır.
Namizədlər vakansiya üzrə müraciət üçün qeyd olunan mail ünvanına və ya nömrəyə votsap üzərində Şəxsi özkeçmiş(CV) göndərməlidirlər.
Bizimlə əlaqə:
📱( 099 ) 200 - 08 - 03
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!