SATIŞ AGENTİ - İnvest Home / İnvest Home

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

- İnvest Home şirkəti müştərilərə yüksək səviyyədə xidmət göstərən və uğurlu satış əməliyyatlarını təmin edən Satış agenti
/ Vasitəçi axtarır.

Əsas vəzifələr:
- Müştərilərlə aktiv əlaqə yaratmaq və onların ehtiyaclarına uyğun daşınmaz əmlak təklif etmək.
- Əmlak nümayişlərini təşkil etmək və satış prosesinə nəzarət etmək.
- Müştəri bazasını genişləndirmək və uzunmüddətli əməkdaşlıq qurmaq.
- Daşınmaz əmlak bazarını araşdırmaq və mövcud trendlər haqqında məlumatlı olmaq.
- Şirkətin təyin etdiyi satış hədəflərinə çatmaq.

Namizədə tələblər

Uğurlu satış agenti olmaq üçün axtardığımız keyfiyyətlər:
- Daşınmaz əmlak sahəsində iş təcrübəsi arzuolunandır, lakin təcrübəsiz namizədlər üçün təlimlər təmin edilir.
- Aktiv və çevik yanaşma.
- Ünsiyyət bacarıqları yüksək səviyyədə olmalı (rus və ingilis dillərini bilmək üstünlükdür).
- Məsuliyyətli, etibarlı və nəticəyönümlü olmaq.
- Komanda ilə işləmək bacarığı.
- Müştəri məmnuniyyətini ön planda saxlamaq.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş