İş elanları 2025 - Data Analitik | Vmax | İşveren.az

Data Analitik - Vmax / Vmax

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

Pozisiya: Data Analitik
Şöbə: Marketinq / Risk
Məkan: Uzaqdan
İş Vaxtı: Tam Ştatlı

İş Təsviri

Tez böyüyən brendimiz üçün məlumat yönümlü düşünə bilən, yüksək analitik bacarıqlara malik Məlumat Analitiki axtarırıq. Bu rolda namizəd istifadəçi məlumatlarını təhlil edərək kampaniyaların effektivliyini ölçür, davranışa əsaslanan seqmentasiya aparır və marketinq, risk və idarəetmə komandalarına analitik nəticələr təqdim edir.

Tələb Olunan Bacarıqlar

  • Məlumat analizi, statistika və ya əlaqədar sahədə ən azı 2–3 il təcrübə

  • Əlaqədar sahə məlumatlarına aşinalıq

  • Excel-də irəli səviyyədə bilik; üstünlükcə SQL və/və ya Python biliyi

  • Google Data Studio, Power BI və ya oxşar dashboard alətlərində təcrübə

  • Kampaniyaların ROI hesablanması, istifadəçi seqmentasiyası və gəlir təhlilində peşəkarlıq

  • Diqqətcil, nəticəyə yönümlü və sistemli hesabat hazırlama disiplininə sahib olmaq

  • Üstünlük: İngiliscə hesabat hazırlamaq bacarığı

Vəzifə və Öhdəliklər

  • Gündəlik və həftəlik gəlir, yatırımlar/nağdlaşdırma, bonus və xalis gəlir təhlilləri hazırlamaq

  • Ən çox gəlir gətirən və ya zərər yaradan provayderləri və əməliyyatları müəyyən edərək risk hesabatları tərtib etmək

  • Kampaniyaların xərclər-effektivlik təhlilini apararaq riskli kampaniyaları vaxtında aşkarlamaq

  • İstifadəçilərin fəallıq səviyyəsinə əsaslanan davranış seqmentasiyası qurmaq

  • Passivləşən istifadəçiləri müəyyən edib CRM/Marketinq komandasına tövsiyələr təqdim etmək

  • Kampaniyaların A/B test nəticələrini təhlil etmək

  • Riskli istifadəçi fəaliyyətlərini (bonus sui-istifadəsi, qeyri-adi davranış nümunələri, çoxsaylı hesab istifadəsi və s.) araşdırmaq

  • Şöbələrarası qərar dəstəyi sistemlərinə məlumat təmin etmək

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş