İş elanları 2025 - Layihə rəhbəri | Around Business Group | İşveren.az

Layihə rəhbəri - Around Business Group / Around Business Group

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

Qeyd: rus dilini bilən namizədlər müraciət eləsin! 

Vəzifə Öhdəlikləri:

  • Tütün və alkoqol məhsullarının satış layihələrinin planlaşdırılması və icrasına nəzarət;
  • Mövcud müştəri bazasının idarə olunması və yeni tərəfdaşların cəlb olunması;
  • Dağıtım və satış kanallarının effektiv işləməsinin təmin olunması;
  • Ticarət nöqtələri ilə danışıqların aparılması və kommersiya təkliflərinin hazırlanması;
  • Rəqib analizlərinin aparılması və bazar trendlərinin izlənilməsi;
  • Komanda işinin koordinasiyası və performansın izlənilməsi;
  • Aylıq və rüblük hesabatların hazırlanması, satış hədəflərinin təhlili;
  • Brend və məhsul təqdimatlarında iştirak, promosyon fəaliyyətlərinin təşkili.

Tələblər:

  • Tütün və/və ya alkoqollu içkilər sahəsində minimum 1-2 il iş təcrübəsi (mütləqdir);
  • Satış və ya layihə rəhbərliyi üzrə praktiki təcrübə;
  • Səlis danışıq qabiliyyəti, inandırıcı üslub və danışıqlar bacarığı;
  • MS Office və CRM proqramlarında işləmək bacarığı;
  • Sürücülük vəsiqəsi və ezamiyyətlərə hazır olmaq üstünlükdür.
  • Azərbaycan və rus dili əla səviyyədə bilmək.

Şərtlər:

  • Rəqabətədavamlı əmək haqqı və motivasiya edici bonus sistemi;
  • Rəsmi əmək müqaviləsi və sosial təminat;
  • Karyera yüksəlişi imkanı;
  • İşgüzar və peşəkar kollektivdə fəaliyyət göstərmək imkanı.

Müraciət üçün: [email protected] cv-lərinizi göndərə bilərsiniz

Paylaş