Korporativ hüquqşünas - Alliance Legal Center / Alliance Legal Center
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Alliance Hüquq Mərkəzi” korporativ və kommersiya hüququ sahəsində ixtisaslaşmış “Korporativ hüquqşünas” vakansiyasını elan edir.
İş vəzifələri:
- Hüquqi şəxslərin (kommersiya və qeyri-kommersiya), filial və nümayəndəliklərinin qeydiyyatı və fəaliyyətə başlaması üçün hüquqi dəstək və sənədlərin hazırlanması;
- Əqli mülkiyyət, miqrasiya və digər müvafiq qanunvericiliklə əlaqəli sənədlərin hazırlanması və dövlət qurumlarına müraciətlərin həyata keçirilməsi;
- Hüquqi sənədlərin təhlili, ekspertizası və təkmilləşdirilməsi; müqavilələrin hazırlanması, nəzərdən keçirilməsi və danışıqların aparılması;
- Risklərin qiymətləndirilməsi və azaldılması üçün strategiyaların hazırlanması, məhkəmə və digər orqanlarda mənafelərin müdafiəsi;
- Hüquqi məsləhətlərin verilməsi, layihələrin hüquqi ekspertizası, və dövlət orqanlarında təmsilçilik.
Tələblər:
- Hüquq üzrə bakalavr və magistr dərəcələri;
- Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilmək;
- Ən azı 2 il peşəkar təcrübə, korporativ hüquq və prosedurlar sahəsində biliklər;
- Güclü analitik və tədqiqat bacarığı, yüksək ünsiyyət və komandada işləmək qabiliyyəti;
- Təşəbbüskarlıq və məsuliyyətlilik.
İş və şərait:
İş qrafiki: həftədə 5 gün;
Ünvan: Nərimanov rayonu, Həsənoğlu küçəsi 4;
Əmək haqqı: 1500 manat (net) və yüksək bonuslar.
Namizədlər mövzu hissəsində “Korporativ Hüquqşünas” qeyd etməklə, CV-lərini [email protected] ünvanına göndərə bilərlər.