HR / İnsan resursları Mütəxəssisi - Around Business Group / Around Business Group
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Qeyd: Ancaq rus dilini əla səviyyədə bilən namizədlər müraciət eləsin!
Vəzifə öhdəlikləri:
- Kadr sənədlərinin qanunvericiliyə uyğun tam və düzgün aparılması;
- İşə qəbul, yerdəyişmə, işdən azad etmə, məzuniyyət və ezamiyyətlərin rəsmiləşdirilməsi;
- Şəxsi işlərin formalaşdırılması və arxivləşdirilməsi;
- Əmək müqavilələri, əmrlər, arayışlar və daxili normativ sənədlərin hazırlanması;
- DSMF və statistik hesabatların tərtibi;
- Ştat cədvəlinin və əməkhaqqı qaydalarının hazırlanması;
- İş vaxtının uçotu və maaş sənədlərinin mühasibatlığa təqdim edilməsi;
- Şirkətdaxili nizamnamələrin işçilərə təqdimatı və imzalanmasının təşkili.
Tələblər:
- Kadr sahəsində minimum 1 il iş təcrübəsi;
- Əmək Məcəlləsini və sənəd dövriyyəsini yaxşı bilmək;
- 1C, Excel proqramlarinda sərbəst işləmək bacarığı;
- Diqqətli, dəqiq və məsuliyyətli olmaq;
Rus dilini əla peşəkar səviyyədə bilmək.
Biz sizə təklif edirik?
- Gənc və pozitiv komandada işləmək şansı
- Beynəlxalq komandanın üzvü olmaq
- 5 günlük iş həftəsi (09:00-18:00);
Əmək haqqı: 1200-1500 AZN
Ünvan: Bakı şəhəri, Nəriman Nərimanov metrosu
Müraciət üçün "İnsan Resursları üzrə mütəxəssis" qeyd edərək [email protected] elektron poçtuna göndərə bilərsiniz.