İş elanları 2025 - Anbardar | BATIGÖZ | İşveren.az

Anbardar - BATIGÖZ / BATIGÖZ

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

Batıgöz klinikasında Anbardar vakansiyası elan olunur.

Əsas vəzifələr:

  • Anbara daxil olan malların fiziki sayımı və program təminatına qeydiyyatının aparılması
  • Anbara daxil olan malların özəlliklərinə, qruplarına və saxlanma şəraitinə görə yerləşdirilməsi
  • Anbardan təhvil verilən malların düzgün sənədləşdirilməsi və program təminatına girilməsi
  • Vaxtı keçmiş dərmanların, damlaların və digər tibbi vasitələrin  geri göndərilməsi və ya ləğv edilməsi
  • Ay sonu, il sonu sayımların edilməsi
  • Şöbələrin ehtiyaclarının həftəlik təhvil verilməsi
  • Anbarda sayı azalmış malların öncədən siyahısının tərtib olunması və Satınalma bölməsinə sifariş edilməsi üçün göndərilməsi

    Tələb olunan bacarıqlar:

  • Daha əvvəl tibb sahəsində və anbardar vəzifəsində təcürübə
  • Kommunikasiya bacarığı, komanda ilə işləmə  bacarığı
  • Yüksək səviyyədə Azərbaycan dilində sərbəst danışma və yazma bacarığı
  • MS Office proqramlarını səmərəli şəkildə istifadə etmək bacarığı
  • Seçim zamanı xanım namizədlərə üstünlük veriləcəkdir
  • Üstünlüklər:

  • Dinamik iş mühitində çalışmaq
  • Keyfiyyətli xidmət təmin etmək
  • İşi ilə bağlı özünüinkişaf təlimləri 
  • İşçi və ailə üzvləri üçün tibbi xidmətlərə xüsusi endirimlər

İş şəraiti və şərtləri:

  • İş qrafiki: 6 günlük 
  • Əmək haqqı müsahibə əsnasında bilik və bacarıqlara uyğun olaraq təklif olunacaq.
  • Müraciət etmək üçün uyğun  namizədlər mövzu başlığına “Anbardar” qeyd edərək elektron poçt ünvanına CV göndərə bilər. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.

Paylaş