
Satış məsləhətçisi - Royal Musiqi Alətləri mağazası / Royal Musiqi Alətləri mağazası
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Royal Musiqi Alətləri Mağazası olaraq, musiqiyə sevgisi olan, ifa bacarığı və satış sahəsində özünü inkişaf etdirmək istəyən yeni komanda yoldaşımızı axtarırıq!
Tələblər:
- Piano və/və ya gitara ifa bacarığı
- Musiqiyə dair baza biliklər (notlar, akkordlar, alətlərin quruluşu və s.)
- Azərbaycan və Rus dillərində səlis danışıq qabiliyyəti
- Ünsiyyətcil və müştəri yönümlü olmaq
- Səliqəli xarici görünüş və pozitiv davranış
- Komanda ilə işləmə bacarığı və öyrənməyə açıqlıq
Üstünlük hesab olunur:
- Əlavə musiqi alətlərində bilik və ya ifa bacarığı
- Satış sahəsində təcrübə
İngilis dili biliyi
Biz nə təklif edirik:
- Rəsmi əmək müqaviləsi
- Sabit əmək haqqı + bonus sistemi
- Bilik və bacarıqların inkişafı üçün təlimlər
- Peşəkar karyera imkanı
050 404 09 99 nömrəsinə və ya
[email protected] ünvanına CV- lərinizi göndərin