İş elanları 2025 -
S

SMM MENECERİ - Social Lab Agency / Social Lab Agency

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

- Agentliyə daxil olan şirkətlərin sosial şəbəkədəki səhifələrinin kontent planlarının hazırlanmasına və paylaşımlara nəzarət etmək
- Sosial mediada paylaşılacaq vizualların dizayn edilməsinə nəzarət etmək
- Müştəri brifini kreativ komandaya anlaşıqlı şəkildə tam izah etmək
- Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və sərbəst işləməyi bacarmaq
- Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək
- Müştəri ilə şirkət arasında əlaqələri və iş axışını koordinasiya etmək
- Tik-Tok üzərindən CANLI yayım açmaq
- Aylıq hesabatları hazırlamaq.

İş şərtləri:
- 5 günlük iş qrafiki / 10:00-dan 18:00-dək
- Şənbə günü qısa iş günü (Home office)

Namizədə tələblər

- Azərbaycan dilini yaxşı səviyyədə bilməli (rus dilini bilən namizədlərə üstünlük veriləcək)
- SMM (Facebook, Instagram, Twitter, YouTube, LinkedIn, Tik-Tok və s.) platformalarında sərbəst iş bacarığı
- Facebook Business manageri bilməli
- Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı
- Müstəqil işləmək bacarığı
- idarəçilik və təşkilatçılıq qabiliyyəti
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komanda ilə işləməyi bacarmalı.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz CV və portfolio məlumatlarını “Sosial Media Marketinq mütəxəssisi” başlığı ilə [email protected] elekton ünvanına göndərə bilərlər.

Qeyd: SMM Agentlik təcrübəsi olanlara üstünlük verilir.

Paylaş