B2B ÜZRƏ SATIŞ MENECERİ

18 Apr 2025
İş barədə məlumat

Vəzifə öhdəlikləri:
- Yeni müştərilərin axtarışı və əməkdaşlığa cəlb edilməsi
- Müştərilərlə ilkin danışıqların aparılması və kommersiya təkliflərinin hazırlanması
- Şirkətin xidmətlərinin telefon, təqdimat və əyani görüşlər vasitəsilə effektiv təqdim olunması
- Günlük zəng və görüş hesabatlarının hazırlanması
- Soyuq zənglər üçün məlumat bazasının qurulması və mütəmadi yenilənməsi
- Satış prosesləri və dinamikasının izlənməsi
- Müştəri ehtiyaclarının təhlili və tələbatlara uyğun təkliflərin hazırlanması
- Mövcud müştəri bazası ilə səmərəli əlaqələrin qorunması və inkişaf etdirilməsi
- Satış və digər aidiyyəti şöbələrlə koordinasiyalı və effektiv əməkdaşlıq
- Satışların gələcək dövrlər üzrə planlaşdırılması

Şərtlər:
- İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00-dan – 18:00-dək
- Əməkhaqqı: Sınaq müddətində 1000 AZN (fix maaş) + bonus

Əlavə üstünlüklər:
- Premium plazada ofis
- Avtomobil üçün fərdi və ödənişsiz dayanacaq
- Rahat iş şəraiti və avadanlıqlarla təmin olunma
- Tibbi sığorta
- Pozitiv və dinamik kollektiv.

Namizədə tələblər

Digital Classifieds MMC şirkətinin fəaliyyəti milyonlarla ziyarətçisi olan 4 məhsulun işlənib hazırlanmasına, dəstəklənməsinə və inkişafına yönəlib. Bunlar avtomobillərin,daşınmaz əmlakın və istənilən digər məhsulların alqı-satqısı, habelə yerli bazarda
məşğulluq üçün nəzərdə tutulmuş istifadəçi platformalarıdır: turbo.az, bina.az, tap.az və boss.az.
Biz Bakı şəhərində iş üçün B2B Satış Meneceri vəzifəsinə vakansiya elan edirik. Tələb və şərtlər aşağıdakılardır:

- Ali təhsil (marketinq və biznes sahəsində olması üstünlükdür)
- Bənzər sahədə minimum 2 il iş təcrübəsi
- Azərbaycan və rus dillərində sərbəst danışıq (ingilis dili biliyi üstünlükdür)
- Kommersiya təklifləri hazırlamaq bacarığı
- Məsuliyyətli, punktual və yaradıcı düşüncə tərzinə malik olmaq
- Prioritetləri düzgün müəyyənləşdirə bilmək və tapşırıqları vaxtında icra etmək
- Effektiv satış, peşəkar danışıqlar və işgüzar yazışma bacarığı
- Ofis proqramlarında və axtarış sistemlərində sərbəst işləmək bacarığı
- Reklam agentliyi və ya orta/böyük şirkətlərin satış və marketinq şöbəsində təcrübə (üstünlükdür)
- Rəqəmsal reklam sahəsində iş təcrübəsi (üstünlükdür).

Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini 18 may 2025 tarixinə qədər [email protected] e-poçt ünvanına, mövzu hissəsində “B2B Sales Manager” qeyd etməklə göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar.

Müraciət et