İş elanları 2025 - QAZANXANA ÜZRƏ MÜTƏXƏSSİS | Euroservise mmc | İşveren.az
E

QAZANXANA ÜZRƏ MÜTƏXƏSSİS - Euroservise mmc / Euroservise mmc

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

Vəzifə öhdəlikləri:
- Verilmiş yük qrafikinə uyğun olaraq qazanların iş rejiminin idarə olunması;
- Aqreqatlara istismar xidməti göstərməklə, onların fasiləsiz və faydalı işinin təmin edilməsi;
- Xidmət edilən avadanlığın işə salınması, dayandırılması, sınanması, təzyiq altında yoxlanılması və istilik sxemlərində dəyişdirmələrin aparılması;
- Ölçü vasitələrinin göstəricilərinə, avtomatik tənzimləyicilərin və siqnalvericilərin işinə nəzarət edilməsi;
- Qəza hallarının ləğv edilməsi, avadanlığın işindəki nasazlığın aşkar edilib aradan qaldırılması üçün tədbirlər görülməsi, avadanlığın təmirə çıxarılması;
- İstilik və ya buxar istilik sistemlərinin daşıyıcısının qızdırılması üçün nəzərdə tutulan avadanlıqların saz vəziyyətə gətirilməsi;
- Qazanlarda suyun səviyyəsinə, buxar təzyiqinə və qızdırıcı sistemlərinə verilən suyun temperaturuna nəzarət edilməsi;
- Nasos, mühərrik və digər köməkçi mexanizmlərin iş fəaliyyətinə hakim olunması;
- Qazanxana sisteminin sxemi və xarakteristikası tələblərinin icra edilməsi.

- Həftədə 6 iş günü, həftə içi 09:00-dan 18:00-dək, şənbə günü 09:00-dan 13:00-dək
- Nahar fasiləsi: 13:00-dan – 14:00-dək
- Korporativ nömrə (korporativ paket),
- Əmək haqqı müsahibə əsnasında təyin ediləcəkdir.
- AR-nın Əmək Məcəlləsinə əsasən işə qəbul.

Namizədə tələblər

- Qazanxana- istilik sistemləri sahəsində ən azı 5 il iş təcrübəsi;
- Qazanxana avadanlığının istismarı üzrə geniş və dəqiq bilikləri və müvafiq sertifikat.
- Qazanın və yardımçı avadanlığının quruluşunu və iş prinsipini və texniki xarakteristikalarını;
- Qazan qurğusunun istilik mühafizəsini və istilik sxemini;
- İstilik və elektrik enerjisi istehsalının texnoloji prosesinin;
- Suyun və buxarın keyfiyyət normalarını;
- Ölçü vasitələrinin iş prinsipini, istilik nəzarətini və avtomatikanın prinsipial sxemlərini;
- Qazan aqreqatlarının işçi parametrlərində buraxılan dəyişmələr həddini ;
- İstifadə edilən yanacağın və onun yanma üsullarının xassələrini;
- Qazan aqreqatının texniki-iqtisadi göstəricilərini;
- İstilik texnikasının, mexanikanın, elektrotexnikanın, su hazırlığının əsaslarını bilməlidir.

Səriştələr:
- Məsuliyyətli, Nailiyyət yönümlülük,Etibarlılıq, Dürüstlük
- Kompüter bilikləri: MS Office proqramları;
- İş təcrübəsi: Qaz sahəsində iş stajı;
- İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
- Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməli.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Qazanxana üzrə operator” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq

Paylaş