HOSTESS - BANE Trading MMC / BANE Trading MMC
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.- Qonaqları gülərüzlə qarşılamaq və salamlamaq, onları bron edilmiş masaya yola salmaq. Əgər bron edilməyibsə, boş olan masaları təklif etmək və müştərilərə əyləşməyə köməklik göstərmək.
- Müştəri məmnuniyyətini ölçmək məqsədi ilə müştərilərə yaxınlaşaraq elektron sorğuları doldurmaq.
- Zalda olan ümumi vəziyyətə nəzarət etmək.
- Pik, bütün masaların dolu vaxtlarında ofisiant çatışmazlığı zamanlarında ofisiantlara köməklik göstərmək.
- Qonaqlar ilə və ya zalda yaranan problemləri öz səlahiyyətləri çərçivəsində həll etmək.
- Səlahiyyətləri aşan problemlər və digər hallarda öz menecerinə vaxtında dəqiq və düzgün məlumat vermək.
- Daxil olan zənglərə cavab verərək (3 zəngdən gec olmamaq şərtilə), bron jurnalında qeydlər aparmaq və hər zaman jurnalın təmiz və səliqəli olmasına diqqət etmək. Bronları dəqiq və düzgün şəkildə aparmaq.
- Restoran Amburan Mall da yerləşir.
- İş vaxtı 9 saat, həftədə 1 gün istirahət günü.
- Menyu haqqında məlumatlı olmaq, ofisiantların zalda yerləşdirilmə pozisiyalarını bilmək.
- Masaların nömrələri və yerləşməsini bilmək.