MEMAR - MT Construction / MT Construction
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.- Tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasında iştirak etmək.
- Memar – dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasında köməklik göstərmək.
- Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcmi azaldılmasını təmin etmək və s.
- Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin etmək.
- Layihələndirilmiş obyektlərin tikintisinə müəllif nəzarəti etmək, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət etmək.
- Yerinə yetirilmiş işlər haqqında texniki hesabatın bölmələrini tərtib etmək.
- Obyektlərdə ölçmə işlərinin aparılması və elektron formata yığılması.
- Memarlıq layihələrinin sahədə tətbiqi və ardıcılığına nəzarətin olunması.
- Digər aidiyyəti şəxslərlə mütəmadi olaraq qarşılıqlı işləmək bacarığı.
- İş qrafik: Bazar ertəsi – Cümə günü 10:00-dan 19:00-dək
- Şənbə günü 10:00-dan 15:00-dək.
- İşlərində intizamlı və məsuliyyətli olmalı
- Yaradıcı, yenilikçi və detallara diqqət yetirən
- Verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi
- Proyekt təqdimatı, Mebel, material və detal biliklərinə sahib olmalı
- 3D max, Adobe Photoshop, AutoCad, Archicad, Corona Render proqramlarında peşəkar işləmə qabiliyyəti olmalı
- CV də portfolionuzu əks etdirən linkləri qeyd etməyiniz mütləqdir
- İnteryer dizayn sferasında 2 ildən çox iş təcrübəsi olmalıdır
- Rus dilini bilən namizədlərə üstünlük veriləcək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Memar” yazaraq [email protected] e-mail ünvanına göndərməsi xahiş olunur.