İxtiopatoloq (Neftçala)
02 Apr 2025 “Azerbaijan
Fish Farm” MMC İstehsalat komandasına qoşulmaq üçün təcrübəli və motivasiyalı İxtiopatoloq
axtarır. Namizəd AFF-in S.Q. Kərimov adına Yenikənd Nərə Damazlıq Təsərrüfatında
balıq sağlamlığı üzrə müalicə-profilaktika tədbirlərinin yerində icra edilməsi,
artırma-yetişdirmə prossesinin birbaşa iştirakçısı olmaqla balıq sağlamlığı və
rifahı ilə bağlı hadisə olduqda həmin an yerində müdaxilə edə bilməsi üçün nəzərdə
tutulmuşdur. Neftçala şəhərində yaşayan namizədlərə üstünlük veriləcəkdir.
Vəzifə üzrə öhdəliklər:
AFF-in ixtiopatoloqunun təlimatına və tövsiyələrinə
uyğun olaraq:
·
Təsərrüfatda
balıq xəstəliklərinin baş verməsinin qarşısının alınması məqsədi ilə
qabaqlayıcı tədbirləri icra etmək;
·
Təsərrüfatda
balıqlar arasında baş verən xəstəliklərin etiologiyası və patologiyasını
öyrənmək;
·
Balıqların
sağlamlaşdırılması yollarını təhlil etmək və sağlamlaşdırıcı tədbirləri icra
etmək;
·
AFF-ə aid
balıqçılıq təsərrüfatında balıqların müayinəsi və müalicəsi üzrə digər
tədbirləri icra etmək;
·
Müalicə
və profilaktik tədbirlər zamanı tətbiq edilən baytarlıq preparatlarının
istifadəsinin qeydiyyatını aparmaq və AFF-in ixtiopatoloquna hesabat vermək;
·
Balıqların
genetik müayinələri üzrə tədbirləri həyata keçirmək;
·
AFF-in
təsərrüfatına gətirilən (və ya xaricdən idxal edilən) bioloji materialların
xəstəliklərə görə sağlam təsərrüfatdan tədarük olunması prosesində iştirak
etmək və yeni qəbul olunmuş bioloji materialların karantin tədbirlərini icra
etmək;
·
AFF-in
laboratoriyalarında balıq xəstəliklərinin araşdırılması üçün müayinələr
aparmaq;
·
İllik
müalicə və profilaktika üzrə tədbirlər planını tərtib etmək.
Vəzifə üzrə tələblər:
·
Ali
təhsil (İxtiopatologiya, baytarlıq, ixtiologiya, balıqşünaslıq və ya buna uyğun
sahələr üzrə);
·
Müvafiq
sahədə ən azı 6 ay iş təcrübəsi;
·
Üstünlük
verilən sənaye sektoru: Kənd təsərrüfatı məhsullarının istehsalı.
·
Problem
həll etmə və analiz bacarıqları;
·
Yaxşı
şifahi və yazılı ünsiyyət bacarıqları;
·
Detallara
diqqətli olmaq;
·
İcra və
təşkilatçılıq qabiliyyəti;
·
İş
prioritetlərini düzgün təyin edə bilmək;
·
MS Office
proqramlarını, xüsusilə Excel proqramını bilmək;
·
Baytarlıq,
laboratoriya, ixtiologiya, epidemiologiya üzrə sertifikatlarının olması
arzuolunandır;
·
Rus dili
biliyi arzuolunandır.
İş şəraiti:
§ AR Əmək Məcəlləsinə
əsasən sənədləşmə
§ İş vaxtı: 5
günlük, istirahət günü: şənbə, bazar
§ İş yeri: Neftçala
rayonu
§ Əmək haqqı: Müsahibə
əsnasında müəyyən olunacaqdır.
Maraqlanan
namizədlər öz CV-lərini və ixtisas, təcrübə və müvafiq sahə üzrə karyera
planlarını əks etdirən motivasiya məktubunu “İxtiopatoloq” başlığı ilə hr@azfish.az
ünvanına 15.04.2025-cü il tarixinə qədər təqdim edə bilərlər. Zəhmət olmasa
müraciətinizdə bu vakansiyanın tələblərinə və vəzifə öhdəliklərinə necə cavab
verdiyinizi aydın şəkildə göstərdiyinizdən əmin olun.