Əczaçı
28 Mar 2025Tələblər:
- Təhsil: Tibb təhsili (Ali və ya orta ixtisas);
- Təcrübə: Müvafiq sahədə iş təcrübəsi üstünlükdür;
- Kompüter bilikləri: MS ofis proqramlarını (Word, Excel) orta səviyyədə bilməlidir;
- Ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı;
- Müştəri məmnuniyyəti.
Vəzifə öhdəlikləri:
- Müştərilərə məhsul seçimində köməklik göstərmək;
- Dərman preparatları və tibbi ləvazimatların satış prosesini həyata keçirmək;
- Aptekə daxil olan malları yoxlamaq, tərkiblərinə uyğun və tələb olunan qaydada yerləşdirmək;
- Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət yetirmək;
- Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək;
- Sifarişi dəqiq və vaxtında yerinə yetirmək.
İş şəraiti:
- İş qrafiki: Növbəli
- Əmək haqqı: 400-600 AZN. Bonus sistemi mövcuddur.
Ünvanlar: Nəsimi, Yasamal,Binəqədi,Nərimanov,Xətai,Qaradağ,Nizami, Sabunçu, Səbail,Suraxanı rayonları üzrə.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində
“Əczaçı” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.