RƏQƏMSAL LOYALLIQ PROQRAMLARI ÜZRƏ KOORDİNATOR

19 Feb 2025
İş barədə məlumat

İş öhdəlikləri:
- Loyallıq proqramının hazırlanması və dəstəklənməsi: Müştərilərin proqrama cəlb olunması və saxlanması üçün təkliflərin hazırlanması və inkişaf etdirilməsi də daxil olmaqla loyallıq proqramının yaradılmasında və tətbiq olunamasında vəzifələrin icrası.
- Proqramın effektivliyinin analizi: Loyallıq proqramının işinə dair məlumatların toplanması və təhlili.
- Təkliflərin fərdiləşdirilməsi: Proqram iştirakçılarının davranış və üstünlüklərinin təhlili əsasında fərdiləşdirilmiş təkliflərin, eləcə də kampaniyaların hazırlanması və tətbiq olunması.
- Rəqiblərin monitorinqi: Rəqiblərin loyallıq proqramlarının və bazar trendlərinin öyrənilməsi və təhlili, öz proqramını yaxşılaşdırmaq üçün təkliflərin hazırlanması.
- Mobil Tətbiq və Rəqəmsal Öhdəliklər: Loyallıq proqramının idarəetməsində, mobil tətbiq və digər rəqəmsal alətlərin, eləcə də mexanizmlərin keyfiyyətli şəkildə işləməsinə nəzarət etmək.

İş şəraiti:
- Öyrədici və inkişafameyilli iş mühiti
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə
- İş vaxtı həftədə 6 iş günü
- Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.

Namizədə tələblər

“Business Insight IRG” şirkətinin Müştəri Loyallığı Departamentinə “Digital Loyalty Project Coordinator” vəzifəsi üzrə aktiv vakansiya var.

- Bəy və ya xanım namizədlər
- Ali təhsil (Marketinq, İqtisadiyyat və ya Biznes İdarəçiliyi)
- Yaş həddi: 22-35
- Rus və İngilis dili biliklərinin ən azı orta səviyyədə olması arzuolunandır
- Marketinq və ya loyallıq proqramları sahəsində ən azı 2 illik təcrübə
- Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq ideyaları təklif etmək bacarığı
- Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
- Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Mobil tətbiqlər və digər rəqəmsal alətlərdən isitifadə bacarıqlar.

Maraqlı olan namizədlər öz CV-lərini [email protected] ünvanına “Digital Loyalty Project Coordinator” başlığı altında göndərə bilərlər.

Müraciət et