Videoqraf

26 Nov 2024

Tələblər:


∙ Texniki peşə və ya ali təhsil (dizayn, vizual kommunikasiya və kinematoqrafiya üzrə təhsil arzuolunandır);
∙ Reklam roliki, promo videolar hazırlama tәcrübәsi;
∙ Yenilikləri tətbiq etmək bacarığı;
∙ Adobe Premier Pro, Adobe After Effects və s. video montaj proqramlarında işləmək bacarığı;
∙ Məsuliyyətli və kollektivə uyğun olmalı;
∙ Portfolio göndərilməsi mütləqdir.

Vəzifə öhdəlikləri:


∙ Şirkətin sosial şəbəkə hesabları üçün foto və video materialların çəkilişinin həyata keçirilməsi;
∙ Şirkətin vizual və rəqəmsal kontentinin yaradılmasında iştirak etmək;
∙ Təqdim olunan material və kontentlər əsasında şirkətin marketinq strategiyasına uyğun video çəkilişləri həyata keçirmək;
∙ Video materialların, reklam və sosial çarxların montaj prossesini həyata keçirmək;
∙ Videoların hazırlanması üçün vacib olan kompüter dəstəkli proqramlardan düzgün şəkildə istifadə etmək;
∙ Şirkətin təşkil etdiyi müxtəlif tədbirlərin video çəkilişlərini standartlara uyğun şəkildə həyata keçirmək;
∙ Trendləri izləmək və yenilikləri tətbiq etmək;
∙ Müəllif hüquqlarının qorunmasına nəzarət etmək;
∙ Tapşırılan işlərin vaxtında, keyfiyyətli həll olunmasını təmin etmək.

İş şəraiti:


∙ İş qrafiki: Tam iş günü
∙ Əmək haqqı: Başlanğıc 800-1000 (Gross) Artan əmək haqqı

Müraciət et