Satıcı
15 Nov 2024İş barədə məlumat
İş barədə məlumat:
- İş saatı: 10:00-dan 20:00-dək (həftədə 6 iş günü, 1 istirahət günü);
- Əmək haqqı: 800 AZN rəsmi maaş + 200-400 AZN bonus;
- Müxtəlif məhsul kateqoriyalarının (market, elektronika, məişət texnikası, ev üçün əşyalar) satışı üzrə ən azı 6 aylıq təcrübə üstünlükdür.
Namizədə tələblər:
- Xanım namizəd;
- Azərbaycan və Rus dillərini mükəmməl bilmək (İngilis dili arzuolunandır);
- Mağazada olan məhsullar haqqında məlumatlı olmaq;
- Müştəriləri qarşılayaraq ehtiyaclarını müəyyən etmək və onlara məhsullar barədə ətraflı məlumat vermək;
- Müştərilərə düzgün məhsul seçimində köməklik göstərmək;
- Mağaza menecerinin tapşırıqlarını vaxtında yerinə yetirmək;
- Müştəri sorğularını cavablandıraraq yüksək məmnuniyyət səviyyəsini təmin etmək;
- Zədələnmiş və yararsız məhsulları müəyyən etmək və onları rəflərdən çıxarmaq, bu barədə meneceri məlumatlandırmaq;
- Satış hədəflərini həyata keçirmək;
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və tədris materiallarını öyrənmək;
- Ünsiyyət bacarığı, təşəbbüskarlıq, aktivlik, satış bacarığı və səbrlilik;
- Problemləri vaxtında həll etmək, qərar qəbul etmək və komanda ilə işləmək bacarığı;
- Dəqiq, intizamlı və məsuliyyətli olmaq.
Müraciət qaydası: Zəhmət olmasa, CV-lərinizi e-mail ünvanına göndərin və mövzu hissəsində "Satış məsləhətçisi" qeyd edin.