İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referenti
01 Nov 2024İş barədə məlumat
Təsvir:
- Banka daxil olan və çıxan məktubların qeydiyyatını aparmaq
- Telefon zənglərini qəbul etmək, qəbul edilmiş məlumatların qeydiyyatını aparmaq və onların məzmunu barədə müvafiq şəxsləri məlumatlandırmaq
- Məktubları və müvafiq materialları kompüterdə yığmaq və onların rəsmiləşdirilməsini həyata keçirmək
- İclas, toplantı və görüşlərin keçirilməsinə hazırlıq işlərini həyata keçirmək
- Qonaqların qəbulunu təşkil etmək
- Sənədləri filialda qəbul olunmuş qaydalara müvafiq tərtib etmək, onların saxlanılmasını təmin etmək
- İşçilərin işə davamiyyətinə nəzarət etmək və 1C proqramında müəyyən qeydlər aparmaq
- Rəhbərliyə lazımi məlumatları hazırlayıb təhvil vermək
Tələblər:
- Ali magistr təhsili
- Bu sahə üzrə 1 il iş təcrübəsi (arzuolunandır)
- Azərbaycan dilini mükəmməl bilmək; rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək
- Kompüter bilikləri
- Ofis ləvazimatları (printer, skaner, faks) ilə işləmək bacarığı
- Komandada işləmək bacarığı
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti